Op-art
Naviqasiyaya keç
Axtarışa keç
![](https://cdn.statically.io/img/upload.wikimedia.org/wikipedia/commons/thumb/1/14/Hungary_pecs_-_vasarely0.jpg/220px-Hungary_pecs_-_vasarely0.jpg)
Op-art (ing. op art: ing. optical art; optik sənət) — təsviri sənətdə neoavanqard cərəyan, abstrakt sənətin son modifikasiyalarından biri.
Məzmun
[redaktə | mənbəni redaktə et]Əsasını Fransada yaşayan macar rəssamı Vazareli Vaşarxey qoymuşdur. Op-art sahəsində ilk təcrübələr 1940-50-ci illərə aiddir. Cərəyan kimi 1960-cı illərdən yayılmışdır. Op-art əsərlərinin əsasını cizgi, məkan və rəng münasibətlərinin tədricən dəyişməsindən, sadə həndəsi fiqurların dəfələrlər təkrarından əmələ gələn və optik illüziya yaradan ritmik kombinasiya təşkil edir.
Op-art vasitəsilə yaradılan optik və dekorativ effektlər sənaye qrafikası, plakat, dekorataiv-tətbiqi sənət və tərtibat sənətində (poliqrafiya, reklam, toxuculuq, vitrin və iteryerlərin tərtibatı) tətbiq olunur.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- ASE, VII cild, Bakı, 1983. səh. 353.
![](https://cdn.statically.io/img/upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
Vikianbarda Op-art ilə əlaqəli mediafayllar var.